Gündəm / Cəmiyyət
FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 87 yanğına çıxış, 8 halda köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 7 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 3 nəfər xilas edilib, yanğın zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin, Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazitə batmış 2 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.