Gündəm / Dünya / Sosial
15:14, 09 Ağustos 2023
0

İnsan alverinə qarşı mübarizə müqaviləsi imzalanıb

İnsan alverinə  qarşı  mübarizə müqaviləsi  imzalanıb


Britaniya Türkiyə ilə insan alveri ilə məşğul olan qruplara qarşı mübarizədə razılaşdığını açıqlayıb.

Globalpress.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat verib.




Bəyanatda Böyük Britaniyanın dəstəyi ilə Türkiyə polisi tərəfindən əməliyyat “mükəmməllik mərkəzi” yaradıldığı bildirilib. Müqavilənin məzmununda əməliyyatlarda iştirak etmək üçün Türkiyəyə daha çox ingilis personalının göndərilməsi qeyd olunub.

Mərkəzin yaradılmasının məqsədi Milli Cinayət Agentliyinin kəşfiyyat işçiləri ilə Daxili İşlər Nazirliyi və türkiyəli həmkarları arasında əməkdaşlığı gücləndirməkdir.

Mərkəzin diqqətinin mütəşəkkil immiqrasiya cinayətləri ilə mübarizə və qeyri-qanuni immiqrasiyada istifadə olunan materialların tədarük zəncirinin pozulmasına yönəldiləcəyi qeyd olunub.
Digər xəbərlər: