Gündəm / Cəmiyyət / Sosial
18:09, 07 Ağustos 2023
0

BQXK- nın vasitəsilə Xaçatryan ailəsinə məktub göndərib

BQXK- nın vasitəsilə  Xaçatryan  ailəsinə  məktub göndərib


Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXK) nümayəndələri iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryana baş çəkiblər.

Globalpress.az xəbər verir ki, bu barədə onun qızı Vera Xaçatryan məlumat yayıb.

V.Xaqçatryan atasının onlara bir sətrlik məktub göndərdiyini bildirib. Göndərilən məktubda Vaqif xaçaturyanın yaxşı olduğunu, ailəsini düşündüyünü dediyi bildirilir.

Xatırladaq ki, Vaqif Xaçatryan Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törətməkdə ittiham olunur. O, iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində Qarabağdan Ermənistana müalicə almaq adı ilə keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən saxlanılıb. Onun saxlanılması Qarabağdakı separatçılar arasında ciddi narahatlığa səbəb olub.
Digər xəbərlər: