Gündəm / Siyasət / Dünya
Rusiya İran üçün vacib qonşu ölkədir

İran hakimiyyəti Rusiyaya pilotsuz təyyarələr vermir.
Globalpress.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Əmir Hüseyn Abdullahian Tokioda keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri və ABŞ Kiyevi silahla təmin edir.
“Ukrayna münaqişəsi zamanı biz Rusiyaya heç vaxt İranın pilotsuz təyyarələrini və ya silahlarını verməmişik. Məhz Avropa və ABŞ-ın silah tədarükü daha çox dağıntılara və qırğınlara gətirib çıxarır”, – XİN rəhbəri qeyd edib.
Nazir vurğulayıb ki, Tehran Moskva ilə isti tərəfdaşlıq münasibətlərini saxlayır və ticarət və turizm sahəsində əməkdaşlığı davam etdirir: “Rusiya İran üçün vacib qonşu ölkədir”.
Daha çox xəbər:

İran Azərbaycan və Ermənistan XİN başçılarını Tehranda 3+3 formatında görüşə DƏVƏT ETDİ

İran XİN rəhbəri: “İlham Əliyev ümidverici açıqlamalar verdi” - FOTO

"Müharibə dayandırılmalıdır" - Lavrov

İran XİN sözçüsü Tehran-Bakı münasibətlərindən danışdı

İRAN KRIMIN VƏ UKRAYNANIN DÖRD VİLAYƏTİNİN İLHAQINI TANIMIR