Gündəm / Hadisə / Dünya
İsveç konsulluğuna silahlı hücum olub

Türkiyənin İzmir şəhərində İsveçin Fəxri Konsulluğu binası qarşısında silahlı hücum olub.
Globalpress.az xəbər verir ki, silahlı hücuma məruz qalan qadın xəstəxanaya aparılıb, şübhəli şəxs nəzarətə götürülüb.
Bədəninin müxtəlif yerlərindən xəsarət alan və həyati təhlükəsi olan qadın Tepecik Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Hücumu edən şübhəli isə əlindəki tabança ilə tutulub.
Polislər hadisə ilə bağlı irimiqyaslı araşdırma başladıb.
Mənbə/ TRT Haber