Gündəm / Cəmiyyət / İqtisadiyyat
18:48, 27 Temmuz 2023
0

AL MARKET məhkəməyə verildi

AL MARKET məhkəməyə  verildi


Al Market” MMC-yə ticarət qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Globalpress.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə İstehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 6 000 manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhər Binəqədi Rayon məhkəməsində hakim Fərid Əmirəliyevin icraatındadır.

Qeyd edək ki, "Al Market" barəsində daha öncə həmin məcəllənin 271-ci, 485.2-ci, 518,1-ci maddələri ilə inzibati xəta protokolu tərtib edilib.
Digər xəbərlər: