Gündəm / Siyasət / Dünya
Nazirlər telefonda danışıblar

İsrailin müdafiə naziri Yoav Qalant və Pentaqonun rəhbəri Lloyd Ostin arasında telefon danışığı olub, onlar bölgədəki vəziyyəti və İsrail ordusunun döyüş hazırlığını müzakirə ediblər.
Globalpress.az xəbər verir ki ,bu barədə İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazir Qalant vurğulayıb ki, İsrail Dövlətini qorumaqla yanaşı, onun hazırkı prioritetləri İsrail Müdafiə Qüvvələrinin sıralarında birliyi təmin etmək və bir sıra təhlükəsizlik çağırışları qarşısında qoşunların döyüş hazırlığını və potensialını qorumaqdır.