Gündəm / Siyasət / Dünya
13:16, 03 Nisan 2023
0

İsrailin Suriyadan hava məkanına girən təyyarə vuruldu

İsrailin  Suriyadan  hava  məkanına  girən  təyyarə  vuruldu


Globalpress.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, bazar günü axşam naməlum təyyarə Suriyadan İsrail hava məkanını keçdikdən sonra İDF helikopterləri və döyüş təyyarələri havaya qalxıb.

İsrail Müdafiə Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, insident zamanı təyyarə Hərbi Hava Qüvvələrinin nəzarəti altında olub və sonra vurulub.

Mətbuat katibi əlavə edib ki, insident araşdırılır, hazırda qəzaya uğrayan təyyarənin qalıqları axtarılır.

İsrail Müdafiə Nazirliyi Suriyadan İsrailin hava məkanını girən və dünən gecə vurulan təyyarənin İran mənşəli olduğundan şübhələnir.
Digər xəbərlər: