Gündəm / Siyasət / Dünya
Bu dəfə AB - dən İrana qarşı sanksiya tətbiq olundu

İrana qarşı PUA istehsalı sahəsində əməkdaşlığın qadağan edilməsini nəzərdə tutan yeni sanksiyalar tətbiq olunur.
Globalpress.az TASS- a istinadən xəbər verir ki, bu barədə AB-nin rəsmi saytında məlumat yayılıb.
"AB mənşəli olub-olmamasından asılı olmayaraq, İranın istənilən fiziki və hüquqi şəxslərinə PUA-ların istehsalı üzrə imkanlarının genişləndirilməsinə töhfə verə biləcək malların, eləcə də texnologiyaların birbaşa və ya dolayı yolla satışı, tədarükü, ötürülməsi və ya ixracı qadağandır”, - məlumatda deyilir.
Qeyd olunur ki, yeni sanksiyalarda İranda dron istehsalının işlənib hazırlanmasında əli olan şəxslərə qarşı şəxsi məhdudiyyətlərin tətbiqi imkanı da nəzərdə tutulur.
Mənbə TASS