Gündəm / Siyasət / Dünya
07:58, 25 Temmuz 2023
0

İslama qarşı çirkin əməllər dayandırılmalıdır

İslama qarşı çirkin  əməllər  dayandırılmalıdır


Danimarka hakimiyyəti İslam dininə qarşı nifrət alovlandıran çirkin əməllərin qarşısını almalıdır.

Globalpress.az xəbər verir ki, bu, Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) İraqın Danimarkadakı səfirliyinin binası qarşısında Quran yandırılmasına etiraz bəyanatında yer alıb.

“Bu gün Kopenhagendə müqəddəs kitabımız Qurani-Kərimə qarşı təkrarlanan alçaq hücumları ən sərt şəkildə pisləyirik. Danimarka hakimiyyəti beynəlxalq öhdəlikləri çərçivəsində hərəkət etməli və İslam dininə və onun milyardlarla ardıcıllarına qarşı nifrət alovlandıran bu çirkin əməllərin qarşısını almaq üçün lazımi tədbirlər görməlidir”, – Türkiyə XİN vurğulayıb.

Qeyd edək ki, İraqın Danimarkadakı səfirliyi qarşısında Quran yandırılıb. Aksiyanı “Danimarka Vətənpərvərləri” radikal sağçı qruplaşmasının üzvləri törədib.
Digər xəbərlər: