Gündəm / Cəmiyyət / Hadisə
07:54, 25 Temmuz 2023
0

Mingəçevirdə kater sahilə çırpılıb

Mingəçevirdə kater sahilə çırpılıb


Mingəçevirdə kater sahilə çırpılıb, xəsarət alanlar var.

Globalpress.az- ın xəbərinə görə, Daxili İşlər Naziriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, dünən axşam saat 21 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində Samir Allahverdiyevin idarə etdiyi kater sahilə çırpılıb.

Hadisə nəticəsində katerdə olan 4 sərnişin – Bayram Abbasov, Murad Rzayev, S.Ramazanova və bir yetkinlik yaşına çatmayan şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.
Digər xəbərlər: