Gündəm / Siyasət / Dünya
Hansı ölkələr Ukraynanı dəstəkləyir

Ukraynanın NATO-ya üzvlüyünə dəvət olunması və Ukraynanın təhlükəsizliyinə təminat verilməsi Alyansın zirvə toplantısında Vilnüsdə müzakirə olunacaq məsələlərdən biri olacaq. 31 NATO ölkəsindən ancaq 23-ü Ukraynanın Avro-Atlantik Alyansa üzvülüyünü dəstəkləyib.
Globalpress.az xəbər verir ki, bunu “european pravda”ya müsahibəsində Ukraynanın Avropa və Avro-Atlantika inteqrasiyası üzrə baş nazirinin müavini Olqa Stefanişina deyib.
Onun sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyünü Mərkəzi və Şərqi Avropadan olan müttəfiqlər var:
“Ukraynanı dəstəkləyənlər “Buxarest doqquzluğunun” üzvləri, Baltikyanı ölkələr, Polşa, Macarıstan, Norveç, İtaliya, Danimarka, Fransa var”.
Stefanişina etiraf edib ki, ABŞ-nin rolu NATO-da əsas olub və olaraq da qalır, lakin ABŞ prezidenti Bayden Ukraynanın Alyansa üzvlüklə bağlı konkret cavab verməyib.
Ukraynanın alyansa üzvülüyün qəbul etməyən ölkələr və onların mövqeyini açıqlayan Stefanişina deyib ki, bir sıra ölkələr Ukraynada müharibə başa çatdıqdan sonra bu məsələyə yenidən baxılmalı olduğunu israr edirlər. Xüsusilə bu mövqeni bu yaxınlarda ABŞ prezidenti Co Bayden səsləndirib. Almaniya isə müharibə bitənədək Ukraynanın NATO üzvlüyünə məsələnin müzakirəsinin təxirə salınmasının tərəfdarıdır.
Bu həftə 40 ölkə liderinin iştirakı ilə Vilnüsdə NATO sammiti keçiriləcək.