Gündəm / Siyasət / Cəmiyyət
Erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun qorunacaq
[center][img]https://gl
Prezident: Erməni azlığının hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun qorunacaq
Biz reinteqrasiya yolu ilə gedəcəyik, getməyə hazırıq. Erməni azlığının (Qarabağdakı – red.) hüquqları və təhlükəsizliyi Konstitusiyamıza uyğun olaraq qorunacaq.
Globalpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin inteqrasiyası ilə bağlı suala cavabında söyləyib.
Azərbaycanda digər məsələlərdə olduğu kimi, burada da xoş niyyətin nümayiş etdiriləcəyini deyən Prezident bildirib: “Azərbaycan multietnik, çoxdinli ölkədir. Bu da bizim sərvətimizdir, gücümüzdür. Bütün müxtəlif etnik qrupların, Azərbaycanda yaşayan qrupların nümayəndələri eyni hüquqlara malikdir, eyni öhdəlikləri var və onların təhlükəsizliyi eyni səviyyədə qorunur. Nə üçün hər hansı bir etnik qrup istisna olmalıdır və digərlərindən üstün olmalıdır? Mən bunu anlamıram. Yəni, bizim yanaşmamız budur. Biz hələ də ümid edirik ki, Xankəndidə yaşayan insanların sağlam düşüncəyə malik bir hissəsi dərk edəcək ki, bu yanaşmanın perspektivi yoxdur”. Azərbaycanı görməzdən gəlməyin mümkün olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, sağlam düşüncə qalib gəlməlidir.

Daha çox xəbər:

Rəsmi Bakıdan Aİ - na etiraz

Fransanın siyasəti ikiüzlülük və ikili standartlardır.

Onların təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir - Prezident

Dövlət başçısı: "Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur

Azərbaycan Qarabağa kənardan gələn şəxslərlə dialoq aparmayacaq