Gündəm / İqtisadiyyat / Cəmiyyət
17:29, 21 Temmuz 2023
0

Sənayenin inkişafına dəstək adlı müsabiqə keçirilib

Sənayenin inkişafına dəstək  adlı müsabiqə keçirilib


İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu (SİF)müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənayenin inkişafına dəstək" adlı müsabiqə keçirir.

Globalpress.az xəbər verir ki, bu barədə SİF-dan bildirilib.

Məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılmasıdır.

Müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2023-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri iştirak edə bilər.

Qaliblər müvafiq sahələr üzrə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlara verilmiş kreditlərin sayı əsas götürülməklə, o cümlədən müsabiqə üzrə bildirilmiş əlavə meyarlar üzrə hesablanmış ümumi əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu dekabrın 20-dək davam edəcək.
Digər xəbərlər: