Gündəm / Cəmiyyət / Sosial
Səbuhi Məmmədliyə əlillik təyin olundu

Noyabrda ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədliyə əlillik təyin edilib.
Globalpress.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq məlumat verilib.
Bildirilib ki, Bakı şəhər sakini Məmmədov Səbuhi Məhəmməd oğluna Bakı Baş Səhiyyə İdarəsi tərəfindən e-sistemə daxil edilən forma 88-ə əsasən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 14.07.2023-ci il tarixində orqanizm funksiyalarının 100% pozulması halı müəyyən edilərək əlillik təyin edilib.
Bundan sonra Səbuhi Məmmədov əlillik səviyyəsinə uyğun sosial ödənişlərlə, eləcə də, reabilitasiya və protez-ortopedik xidmətlərlə təmin ediləcək.
Xatırladaq ki, ötən ilin noyabrında ayağı amputasiya olunan tanınmış jurnalist Səbuhi Məmmədov mətbuata açıqlamasında hələ də protez ala bilmədiyini deyib.
TƏBİB-in açıqlamasına görə, tanınmış jurnalist Səbuhi Məmmədov uzun müddətdir ki, şəkərli diabet xəstəliyindən əziyyət çəkir. 15 nömrəli Şəhər Poliklinikasında dispanser qeydiyyatındadır.
"Onda şəkərli diabet, ürək çatışmazlığı, ağciyərin aşağı payında pnevmoniya, aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi qeydə alınıb” – açıqlama bildirilib.
Daha çox xəbər:

Son beş ayda 21,4 min şəxsə əlillik təyin edilib, 26,5 min şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-iyun aylarında 25,5 min şəxsə əlillik təyin olunub, 32,1 min şəxsə reabilitasiya xidməti göstərilib

Yanvar-aprel aylarında 16,6 min şəxsə əlillik təyin edilib

Jurnalist Səbuhi Məmmədlinin son durumu necədir?

Bu il Azərbaycanda 46 500 şəxsə əlillik təyin edilib