Gündəm / Siyasət / Dünya
Yaxın Şərqdə vəziyyət gərgindir

ABŞ Yaxın Şərqdə “F-35” və “F-16” döyüş təyyarələrinin sayını artıracağını və döyüş gəmiləri göndərəcəyini açıqlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Müdafi Nazirliyi (Pentaqon) məlumat yayıb.
Bildirilir ki, İran son aylar ticarət gəmilərini təqib edir, saxlayır. Bu səbəbdən də ABŞ Yaxın Şərqdəki mühüm su yollarını izləmək, yerləşdirilən “F-35” və “F-16” döyüş təyyarələrinin sayını artırmaq üçün bölgəyə əlavə hərbi gəmilər göndərəcək.
Xatırladaq ki, Ağ ev may ayında Bayden administrasiyasının bölgədə bəzi addımlar atacağını bildirsə də, bunun nədən ibarət olacağını açıqlamamışdı.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq jurnalistlərə bildirib ki, Hörmüz boğazı və ətrafını izləmək üçün Pentaqon regionda mövcudluğunu və imkanlarını artırır.
Yeni reaktiv təyyarələrin hara yerləşdiriləcəyi və bölgədə nə qədər qalacaqları hələlik bəlli deyil.
Qeyd edək ki, ABŞ donanması Oman körfəzində İran tərəfindən iki kommersiya tankerinin saxlanmasının qarşısını almaq üçün bu ayın əvvəlində müdaxilə edib.
Bildirilir ki, 2019-cu ildən - ABŞ və İran arasında gərginliyin artdığı dövrlərdə Fars körfəzindəki strateji nöqtələrdə gəmilərə hücumlar edilir.
Məlumat üçün onu da qeyd edək ki, Fars körfəzi dünya üçün olduqca böyük əhəmiyyətə malikdir. Dünyadakı xam neft və neft məhsullarının təxminən beşdə biri Fars körfəzinin okeana açıldığı İran və Oman arasındakı Hörmüz boğazından keçir.
Daha çox xəbər:

Çin XİN ABŞ-ı Yaxın Şərqdə hərbi güc tətbiq etməməyə çağırıb

Ukraynaya " Patriot" göndərilir.

Rusiya Müdafiə Nazirliyi: ABŞ Rusiya sərhədinə qüvvələr toplayır

Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir

Pentaqon: Rusiya çatışmazlıq səbəbindən İran və KXDR-dən raket istəyir