Gündəm / Siyasət / Dünya
Rusiya- Ukrayna müharibəsində Ukraynanın itkiləri açıqlandı

Rusiya müharibənin 509-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 455 təyyarəsi, 242 helikopteri, 5047 PUA-sı, 426 zenit-raket kompleksi, 10 731 tank və digər zirehli texnikası, 1139 reaktiv yaylım atəş sistemi, 5487 artilleriya və minaatanı, 11 717 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.