Gündəm / Cəmiyyət
17:10, 14 Temmuz 2023
0

İnformatika, ibtidai sinif, fizika və fransız dili üzrə apellyasiya müraciətlərinə start verildi

İnformatika, ibtidai sinif, fizika və fransız dili üzrə apellyasiya müraciətlərinə start verildi


Müəllimlərin işə qəbulu müsabiqəsinin informatika, fizika və fransız dili fənləri, həmçinin ibtidai sinif müəllimliyi (I seans) üzrə test imtahanlarının apellyasiya müraciətlərinə başlanılıb. İmtahanlarda iştirak etmiş namizədlər şəxsi səhifələrində aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Müraciətlərin məzmunu ətraflı şəkildə qeyd olunmalıdır.

Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.
Digər xəbərlər: