Gündəm / Siyasət / Dünya
Stoltenberq daha bir il öz vəzifəsində qalacaq

NATO-nun baş katibi Yens Stoltenberqin mandatının dördüncü dəfə daha bir il uzadılmasına qərar verilib.
Globalpress.az xəbər verir ki, NATO-nun verdiyi açıqlamada müttəfiq ölkələrin Stoltenberqin sentyabrın 30-da başa çatacaq mandatının uzadılması ilə bağlı razılığa gəldiyi bildirilib.
Bildirilib ki, qərar iyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində dövlət və hökumət başçıları tərəfindən təsdiqlənəcək. Bu qərarla Stoltenberq 2024-cü il oktyabrın 1-dək NATO-nun baş katibi vəzifəsini davam etdirəcək.
Daha çox xəbər:

Stoltenberq Zelenskini NATO sammitinə dəvət edib

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

Stoltenberqdən Ukrayna və Türkiyə ilə bağlı mühüm AÇIQLAMALAR

Ərdoğan NATO-nun Baş katibi ilə görüşdü Siyasət