Gündəm / Cəmiyyət / Hadisə
08:27, 04 Temmuz 2023
0

“Azərbaycan Dəmir Yolları” zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir

“Azərbaycan Dəmir Yolları” zəlzələ ilə bağlı yol infrastrukturuna kompleks baxış keçirir


04 iyul saat 00.01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Globalpress.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

“Hazırda proses davam etdirilir. Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”, – məlumatda qeyd olunub.
Digər xəbərlər: