Gündəm / Cəmiyyət / Sosial
Çörək istehsalı müəssisəsi bağlanıb

Xətai rayonunda çörək istehsal edən müəssisədə qanun pozuntusu aşkarlanıb.
Globalpress.az- ın məlumatına görə bu barədə, Qida Təhlükəsizliyi Agentliyi xəbər verir.
Rayonun S.Əhmədov küçəsi, ev 5D ünvanında yerləşən müəssisədə aparılan yoxlamalar zamanı sanitar-gigiyenik qaydalara riayət olunmadığı, tavan, döşəmə və divar səthlərinin düzgün materiallarla üzlənmədiyi, temperatur rejiminə əməl edilmədiyi, xammalların və inqrediyentlərin çirklənmədən mühafizə olunmadığı, işçi heyətinin xüsusi geyimlə tam təmin edilmədiyi, həmçinin tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunan faktlarla bağlı sahibkar məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti dayandırılıb.