Gündəm / Siyasət / Dünya
XİN başçıları telefonda danışıblar

Ukrayna xarici işlər naziri Dmitri Kuleba və Fransa xarici işlər nazir Katerin Kolonna arasında telefon danışığı olub.
Globalpress.az xəbər verir ki, bu barədə ukraynalı nazir "Twitter" hesabında bildirib.
"Bu gün Fransa xarici işlər naziri xanım Kolonna ilə telefon söhbətimdə Ukraynanın NATO-ya üzvlük perspektivi diqqət mərkəzində oldu. Mən Fransaya Ukraynaya göstərdiyi sarsılmaz dəstəyə görə təşəkkür edirəm. Vurğuladım ki, Vilnüs sammiti, xüsusilə Ukraynanın NATO-da layiqli yeri mövzusunda güc nümayiş etdirməlidir”, - nazir Kuleba qeyd edib.