Gündəm / Cəmiyyət / Sosial
Dövlət qurumları iclas keçirdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.
Globalpress.az- ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev, AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev, ASK-nın sədri Məmməd Musayev, Komissiyanın hər üç qurumdan olan üzvləri iştirak ediblər.
S.Babayev son illər ölkəmizdə aparılan sosial islahatları, habelə əməkhaqqı islahatlarını qeyd edib. O, əmək qanunvericiliyinə edilmiş, o cümlədən qadınların məşğulluq imkanlarının genişləndirilməsinə xidmət edən son dəyişiklikləri diqqətə çatdırıb. Prezident İlham Əliyevin qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı yeni layihə və təkliflər müzakirə olunub. Habelə uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, müəssisələrdə məskunlaşan uşaqlarla bağlı fərdi inkişaf planlarının hazırlanması prosesində sosial tərəfdaşların fəal iştirakının təmin edilməsinə dair fikir mübadiləsi aparılıb.
Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üçün müvafiq qabaqlayıcı tədbirlərin görülməsi və qeyri-formal məşğulluqla mübarizə sahəsində işəgötürənlər və işçilər üçün maarifləndirici tədbirlərin həyata keçirilməsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Bu sahədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tərəfdaş qurumlarla birgə tədbirləri diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərimizdəki iş yerlərində də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə əməyin mühafizəsinə dair maarifləndirici təlimlər keçirildiyi, iştirakçılara müvafiq mövzularda Xidmət tərəfindən hazırlanmış təlimat xarakterli bukletlər paylandığı qeyd olunub.
İclasda Üçtərəfli Komissiyanın 2023-cü il üçün İş Planı da təsdiq edilib.
Daha çox xəbər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu il daha 50-dən çox e-xidməti istifadəyə verəcək - FOTO

Sahil Babayev: “İxtisaslı işçi qüvvəsinin xüsusi çəkisi 35 %-dən çox deyil”

Azərbaycan ilə Rusiya arasında gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub - FOTO

SAHİL BABAYEV MÜŞAVİRİNİ XİDMƏT, ONLARI İSƏ ŞÖBƏ RƏİSİ TƏYİN ETDİ

Sahil Babayev 20-dən çox qurumu ləğv etdi