Gündəm / Siyasət / İqtisadiyyat / Dünya
Dünya Bankı Ukraynaya yardım ayırıb

Dünya Bankı Ukraynaya 1,75 milyard dollar məbləğində yardım ayırdığını açıqlayıb.
Globalpress.az xəbər verir ki, bu barədə Dünya
Bankının bəyanatında deyilir.
Yardım paketinə Böyük Britaniyanın zəmanəti ilə maliyyə qurumundan 500 milyon dollarlıq kredit, 1,25 milyard ABŞ dolları məbləğində qrant və Finlandiyadan 15 milyon dollar məbləğində qrant daxildir.
Kiyev onlardan pensiyaların ödənilməsi, sosial yardım proqramlarının həyata keçirilməsi və dövlət işçilərinə maaşların ödənilməsi üçün də istifadə edəcək.