Gündəm / Siyasət / Dünya
Rusiya Krımın müdafiəsini gücləndirir

Rusiya Krımın müdafiəsini gücləndirməyə başlayıb
Globalpress.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.
Qeyd olunub ki, Rusiya bu istiqamətdə əhəmiyyətli səylər göstərir: “Rusiya Armyansk şəhərindən 3,5 km şimalda, Krımı Xerson vilayəti ilə birləşdirən dar körpünün üzərində, uzunluğu 9 km olan geniş müdafiə zonası daxildir. Bu, onu deməyə əsas verir ki, Ukrayna qüvvələri Krıma hücum etmək iqtidarındadır”.
Bildirilib ki, Rusiya üçün əsas prioritet yarımadaya nəzarətdir.
Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə ilhaq edib.