Gündəm / Siyasət / Dünya
Bu qədər insan evsiz- eşiksiz qalıb

100 milyondan çox insan qarşıdurma, təqib, aclıq və iqlim dəyişikliyi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Globalpress.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş “Ümumdünya Qaçqınlar Günü” münasibətilə videomüraciəti zamanı deyib.
O bildirib ki, BMT qaçqınları qəbul edən ölkələrə daha çox dəstək verməlidir.
Quterreş, “Qaçqınların bağlanan sərhədlər və geri çəkilmələrə deyil, dəstək və həmrəyliyə ehtiyacı var” deyə bildirib.
"Bu, sadəcə səhifədə görünən rəqəm deyil. Bunlar çətin səyahətlər etmiş qadınlar, uşaqlar və kişilərdir. Onlar zorakılığa, ayrı-seçkiliyə və sui-istifadəyə məruz qalır”,- deyə Quterreş vurğulayıb.
Daha çox xəbər:

Münaqişə döyüş meydanında həll oluna bilməz

BMT-nin Baş katibi: “Növbəti pandemiyalara hazırlaşmaq lazımdır” - FOTO

Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq böhranını yumşaltdı

BMT Baaş katibi: "Ramazan mərhəmət və şəfqət ayıdır" Ramazan ayının başlanması münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş videomüraciət ünvanlayıb

BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi