Gündəm / Siyasət / Dünya
Həlledici nəticəyə zəmanət yoxdur

Ukraynada müharibə uzun müddət davam edə bilər, lakin Qərb Kiyevi nə qədər lazımdırsa, dəstəkləməyə hazır olmalıdır.
Globalpress.az- ın məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "The Times" qəzetinə müsahibəsində bildirib.
"Ukraynada dərhal həlledici nəticənin olacağına zəmanət yoxdur. Bunu dərk etməliyik", - nazir deyib.
İyunun 21-də Londonda start götürəcək Ukraynanın bərpası üzrə ikinci konfransdan danışan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu, ölkənin gələcək bərpası baxımından vacibdir:
"Onlara (ukraynalılar - red.) bunun üçün pul lazım olacaq. Məsələ qısa, orta və uzunmüddətli perspektivdə vəsaitlərin haradan əldə ediləcəyini müzakirə etməkdir"