Gündəm / Siyasət / Dünya
22:09, 07 Nisan 2023
0

Moskvaya Qərb ölkələrindən zəmanət lazımdır

Moskvaya  Qərb  ölkələrindən  zəmanət  lazımdır


“Ukraynada müharibənin sülh yolu ilə nizamlanması üçün Moskvaya Qərb ölkələrindən zəmanət lazımdır”.

Globalpress.az- ın məlumatına görə ,bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyəyə səfəri zamanı deyib.

“Söhbət hamımızın ehtiyac duyduğu yeni dünya nizamının hansı prinsiplərə əsaslanacağından getməlidir”, – nazir bildirib.

Lavrovun sözlərinə görə, Rusiya yeni dünya nizamının BMT Nizamnaməsi prinsiplərinə əsaslanmasını müdafiə edir.

“Rusiya prezidenti Vladimir Putin və Rusiya hakimiyyətinin digər nümayəndələri dəfələrlə bəyan ediblər ki, danışıqlardan imtina etmirlər. Lakin bu danışıqlar yalnız bizim qeyd etdiyimiz əsasda, Rusiyanın qanuni maraqlarını və narahatlıqlarını nəzərə almaqla baş tuta bilər”, – XİN rəhbəri bildirib.
Digər xəbərlər: