Gündəm / İqtisadiyyat / Dünya
07:13, 16 Haziran 2023
0

İsrail Avropa ölkələrinə tank satır

İsrail  Avropa  ölkələrinə tank  satır


İsrail adı açıqlanmayan Avropa ölkələrinə 200-dən çox Merkava Mk2 və Mk3 tankı satmağı planlaşdırır.

Globalpress.az- ınməlumatına görə, İsrail Müdafiə Nazirliyindəki mənbələr sövdələşmənin incəliyinə əsaslanaraq, tankların alıcılarının adlarını çəkməkdən imtina ediblər.

Mütəxəssislərin fikrincə, müqavilənin məbləği milyonlarla dollara çata bilər. O da qeyd olunub ki, sövdələşmə yekun mərhələdədir.

İndi Amerika istehsalı olan tank komponentlərinin yenidən satışı üçün Amerika Birləşmiş Ştatlarından icazə gözlənilir.

Müqavilənin təfərrüatlarına görə, satış iki hissəyə bölünəcək, ilk növbədə köhnə Mk2-lər, daha sonra isə Mk3-lər satılacaq.
Digər xəbərlər: