Gündəm / Siyasət / Dünya
13:36, 14 Haziran 2023
0

Rusiya döyüş maşınları və tankları ələ keçirib

Rusiya  döyüş maşınları  və tankları  ələ  keçirib


Rusiya Ukraynada ələ keçirilən Almaniya tankları və ABŞ döyüş maşınlarının videosunu yayıb.

Globalpress.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda Rusiya qüvvələri ilə Ukrayna hərbçiləri arasında gedən döyüş nəticəsində ələ keçirilən Almaniya istehsalı “Leopard” tankları və ABŞ istehsalı olan “Bradley” döyüş maşınları əks olunub.
Müdafiə Nazirliyi sözügedən videonun Ukrayna qüvvələrinin əks-hücum keçirməyə çalışdığı ərazilərdən biri olan Zaporojye cəbhəsində çəkildiyini iddia edir.

Nazirliyin rəsmi “Telegram” kanalında yayımlanan görüntülərdə Almaniya istehsalı olan 2 “Leopard” tankı və ABŞ istehsalı olan 2 zədələnmiş “Bradley” döyüş maşını olduğu anlaşılan döyüş vasitəsi görünür.

Nazirlik ələ keçirilən hərbi texnikanı “qənimətimiz” adlandırıb və izah edib ki, videoda “Vostok” (Şərq) qruplaşmasının əsgərləri texnikaya baxış keçiriblər.

Nazirliyin iddiasına görə, ələ keçirilən tankların mühərriklərinin hələ də işlək vəziyyətdə olması ukraynalı ekipajın nə qədər sürətlə geri çəkildiyini göstərir.

Mənbə/ Reuters
Digər xəbərlər: