Gündəm / Siyasət / Dünya
07:55, 14 Haziran 2023
0

Ukrayna ABŞ -a müraciət edib

Ukrayna  ABŞ  -a müraciət edib



Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi, general Mark Milliyə cəbhədəki vəziyyət barədə məlumat verib və ona silah təchizatı ilə bağlı müraciət edib.
Globalpress.az xəbər verir ki, bu barədə Zalujnı Telegram kanalında yazıb.
"Mənim ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli ilə telefon danışığım olub. O, cəbhədəki vəziyyətlə maraqlanıb", - Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı bildirib.

O əlavə edib ki, Ukraynanın şərqində və cənubunda “müdafiə və hücum xarakterli ağır döyüşlər davam edir” və Ukrayna Silahlı Qüvvələri “planlarını həyata keçirir”.
Digər xəbərlər: