Gündəm / Siyasət / Dünya
BMT Təhlükəsizlik Şurası toplanır

BMT Təhlükəsizlik Şurası Ukrayna ərazisində yerləşən «Koxovka» su elektrik stansiyasının partladılmasını müzakirə edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki səfiri Sergey Kislitsa «Twitter» səhifəsində məlumat verib.
Məlumata görə, Ukraynanın təşəbbüsü ilə keçirilən iclas bu gecə baş tutacaq.
Qeyd edək ki, iyunun 6-sı səhər saatlarında Ukrayna ordusu ölkənin cənubunda yerləşən «Kaxovka» su anbarının Rusiya qüvvələri tərəfindən partladıldığını açıqlayıb. Rusiya tərəfi hadisəyə görə Ukraynanı ittiham edib.