Gündəm / Siyasət / Dünya
Rusiya Azərbaycanın “Şimal-Cənub” dəhlizi layihəsinə qoşulacağına ümid edir

Rusiya Azərbaycanın tezliklə “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılması ilə bağlı Rusiya-İran sazişlərinə qoşulacağına ümid edir.
Globalpress.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İkinci Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
O xatırladıb ki, mayın 17-də Rusiya ilə İran arasında Rəşt-Astara dəmir yolunun bir hissəsinin çəkilməsi haqqında saziş imzalayıblar