Gündəm / Siyasət / Cəmiyyət
Rusiya-Ukrayna müharibəsi gördüyümüz işlərin əhəmiyyətini artırır
Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır.
Globalpress.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı sualı cavablandırarkən söyləyib.
Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlərin yekunlaşdığını bildirən dövlətimizin başçısı deyib:
“Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni, bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”.
Daha çox xəbər:

Rusiya-Ukrayna müharibəsi Xəzərin şərq sahilindəki şirkətlər üçün siqnal oldu” - İlham Əliyev

Azərbaycanda daha bir mötəbər tədbir KEÇİRİLƏCƏK

Azərbaycan, İran və Rusiya bu məsələni müzakirə edəcək

Prezident İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib

Mikayıl Cabbarov: “Zəngəzur dəhlizini nəqliyyat marşrutlarının kəsişməsi kimi görürük”