Gündəm / Siyasət / Dünya
Kiyevin istifadə etdiyi hər hansı silah qanuni hədəfdir

F-16 qırıcıları döyüşmək üçün Kiyevə tədarük edilərsə, Rusiya üçün qanuni hədəfə çevriləcək.
Globalpress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Biz dəfələrlə demişik ki, Kiyevin NVO zonasında istifadə etdiyi hər hansı bir texnika, hər hansı silah qanuni hədəfdir”, – Ryabkov deyib.
Qeyd edək ki, Rusiya Ukraynaya silah tədarük etdiyi üçün NATO ölkələrinə nota göndərib. Kremlin açıqlamasına görə, Ukraynaya Qərbdən silahların göndərilməsi Rusiya-Ukrayna danışıqlarına mənfi təsir göstərəcək.