Gündəm / Siyasət / Dünya
08:41, 23 May 2023
0

Rusiya Çinlə sazişlər imzalayacaq

Rusiya  Çinlə sazişlər  imzalayacaq


Rusiyanın baş naziri Mixail Mişustin bazar ertəsi Çinin Şanxay şəhərinə səfər edib.

Globalpress.az xəbər verir ki, Mişustin çərşənbə axşamı Şanxayda Rusiya-Çin Biznes Forumunun plenar iclasında çıxış edəcək, “Sinopec” Korporasiyasının Şanxay Tədqiqat Neft Kimyası İnstitutuna baş çəkəcək və Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə görüşəcək.

Bundan sonra Mişustin Pekinə gedəcək. Onun Çin lideri Si Cinpin və Dövlət Şurasının baş naziri Li Qianqla danışıqlar aparacağı, ikitərəfli sazişlər imzalayacağı bildirilir.
Digər xəbərlər: