Gündəm / Siyasət / Dünya
Kiyev " Kinjal" la vuruldu

Rusiya Kiyevi “Kinjal” hipersəs raketi ilə vurub.
Globalpress.az- ın məlumatına əsasən, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 16-da Kiyevə “Kinjal” hipersəs raket sisteminin endirilməsi nəticəsində çoxfunksiyalı radiolokasiya stansiyası vurularaq tamamilə məhv edilib.
Həmçinin ABŞ istehsalı olan “PATRIOT” zenit-raket kompleksi sisteminin 5 buraxılış qurğusu məhv edilib.