Gündəm / Siyasət / Dünya
İkinci turun nəticələrini səbirsizliklə gözləyirəm

"Türkiyədə keçirilən seçkilərdə yüksək fəallıq türk xalqının demokratik təsisatlara bağlılığını göstərdi”.
Globalpress.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel tviterdə yazıb.
O, prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunun nəticələrini səbirsizliklə gözlədiyini bildirib.
Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd – Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.