Gündəm / Hadisə / Dünya
18:01, 11 Nisan 2023
0

Ukraynada həlak olan mülki şəxslərin sayı

Ukraynada  həlak olan  mülki  şəxslərin sayı

Rusiya ilə davam edən müharibə nəticəsində indiyədək Ukraynada 8 490 mülki şəxs həlak olub.

Globalpress.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Məlumata görə, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb.

BMT-nin hesablamalarında göstərilib ki, itkilərin əksər hissəsi Ukrayna hökumətinin nəzarətində olan və Rusiya qüvvələrinin hücumuna məruz qalan ərazilərdə, o cümlədən şiddətli döyüşlərin getdiyi Donetsk və Luqansk vilayətlərində qeydə alınıb: “Həmin ərazilərdə 3 927 ölüm hadisəsi qeydə alınıb”.

BMT itkilərin sayının daha çox olacağını istisna etmir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.
Digər xəbərlər: