Gündəm / Siyasət / Dünya
07:17, 02 May 2023
0

Nazirlər fikir mübadiləsi aparıb

Nazirlər  fikir mübadiləsi  aparıb



Rusiya və Pakistan XİN arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü münasibətilə təbrik məktubları mübadiləsi aparılıb.

Globalpress.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, XİN başçıları Sergey Lavrov və Biləval Bhutto-Zərdari Moskva və İslamabad arasında münasibətlərin ənənəvi dostluq xarakterini qeyd edib, Rusiya-Pakistan əməkdaşlığının və beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin səviyyəsini yüksək qiymətləndiriblər.

Lavrov və Zərdari mesajlarında siyasi dialoqu ardıcıl olaraq dərinləşdirmək, terrorla mübarizə, ticarət-iqtisadi və digər sahələrdə çoxşaxəli əməkdaşlığı inkişaf etdirmək niyyətində olduqlarını bir daha təsdiqləyiblər.
Digər xəbərlər: