Gündəm / Siyasət / Dünya
Düşmənlərimiz həmişə bizə həsədlə baxıblar

İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı briqada generalı Əlirza Səbaxifərd ölkə ordusunun dünyanın ən yaxşı radar və raket sistemlərinə malik olduğunu bildirib.
Globalpress.az xəbər verir ki,general Səbahifərd deyib: "İran İslam Respublikasının silahlı qüvvələri düşmənləri saxlayaraq öz güclərini artırır".
Onun sözlərinə görə, iranlı alim və texniki işçilər müxtəlif müdafiə və hərbi texnikanın istehsalında fərqləniblər.
İranın Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı əlavə edib ki, “düşmənlər İranın xüsusi coğrafi, siyasi və strateji mövqeyini nəzərə alaraq həmişə ona həsədlə baxıblar”.