Gündəm / Siyasət / Dünya
İran Suriyaya silah ötürüb

İran regionda ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirmək üçün humanitar yardım adı altında Suriyaya gizli şəkildə silah tədarük edib.
Globalpress.az- ın məlumatına görə ,bu barədə Amerika mətbuatı Pentaqonun məlumatlarına istinadən yazıb.
“İran zəlzələdən sonra ABŞ əsgərlərini hədəfə almaq üçün yardımların arasında silah gizlədib”, - məlumatda deyilib.
Qeyd olunub ki, Tehran Dəməşqə döyüş sursatı, atıcı silahlar və dronlar ötürüb.
Eyni zamanda, belə tədarüklər barədə məlumatı İsrail Silahlı Qüvvələrinin nümayəndəsi də təsdiqləyib.