Gündəm / Siyasət / Dünya
07:01, 05 May 2023
0

Türkiyənin xaricdə nə qədər seçicisi var?

Türkiyənin  xaricdə  nə qədər seçicisi  var?


Türkiyə xaricində prezident və parlament seçkiləri üçün səs verən şəxslərin sayı 1 milyon 165 mini keçib.

Globalpress.az- ın məlumatına görə, bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb.

İndiyədək ölkə xaricindəki seçicilərin 1 milyon 165 min 969 nəfəri səsvermə hüququndan istifadə edib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük qapılarında, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq. Xaricdə seçici siyahısında qeydə alınmış seçicilər 24 saat ərzində səs verə bilərlər.

Məlumata görə, xaricdə ümumilikdə 3 milyon 416 min 98 seçici səs vermək hüququna malikdir. İlk dəfə səs verəcək seçicilərin sayı 277 min 646 nəfərdir.

Qeyd edək ki, Türkiyə xaricində səsvermə aprelin 27-də başlayıb.
Digər xəbərlər: