Gündəm / Siyasət / Dünya
Yeni qaçqın böhranı gözlənilir

Döyüşlər davam edərsə, 800 mindən çox insan Sudanı tərk edə bilər. Birləşmiş Millətlər Təşkilatı (BMT) hesab edir ki, bu, regionda növbəti genişmiqyaslı qaçqın böhranına səbəb olacaq.
Globalpress.az xəbər verir ki, "The Vaşinqton Post" un yaydığı məlumata görə, artıq 100 mindən çox qaçqın münaqişədən qaçaraq Sudandan qonşu ölkələrə köçüb.
Miqrasiya böhranı Sudanın qonşuları üçün qaçılmaz təhlükə yaradır, söhbət ilk növbədə Misir və Çaddan gedir.
Qeyd edək ki, Sudanda aprel ayında ordu ilə çevik reaksiya qüvvələri arasında qarşıdurmalar başlayıb.