Gündəm / Cəmiyyət
Güclü yağış 95 nəfərin həyatını əlindən aldı

Ruandanın qərbində güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində son 24 saatda 90-dan çox insan həyatını itirib.
Globalpress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Fransua Habiteqeko bildirib.
Onun sözlərinə görə, xilasetmə və axtarış əməliyyatları davam edir.
Qubernator qeyd edib ki, ölənlərin sayı 95-ə çatıb, bir neçə nəfər xilas edilərək xəstəxanaya aparılıb.
Məlumata görə, ölkənin qərb bölgəsində sürüşməyə səbəb olan leysan mayın 2-si axşamdan başlayıb və mayın 3-ü səhərə qədər davam edib.
Təbii fəlakət nəticəsində çoxlu evlər dağılıb, bəzi magistral yollar bağlanıb.