Gündəm / Cəmiyyət
Raket və Artilleriya Qoşunlarının təlimləri davam edir -

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına müvafiq olaraq, Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə keçirilən döyüş atışlı taktiki təlimlər davam edir.
Plana əsasən bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılıb.
Daha sonra atəş mövqelərini tutaraq reaktiv yaylım atəşi sistemi, özüyeriyən haubitsalar və artilleriya qurğularından döyüş atışları icra edilməklə şərti düşmən hədəfləri yüksək dəqiqliklə məhv edilib.
Təlimlərdə şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsinə, eləcə də bölmələrin döyüş qabiliyyətinin artırılmasına xüsusi diqqət yetirilir.
Daha çox xəbər:

Xüsusi Təyinatlıların təlimi başladı - Hikmət Mirzəyev komandalıq edir

Azərbaycan və Türkiyə hərbçiləri İranla sərhəddə birgə TƏLİM KEÇİRİR

Rusiya Ukraynada nə qədər itki verib?

Quru Qoşunlarının birləşmələrindən birində komanda-qərargah təlimi keçirilib - FOTO

Müdafiə Nazirliyi: "Hulusi Akar Azərbaycan-Türkiyə birgə təlimlərini izləyəcək"