Gündəm / Siyasət / Cəmiyyət
Ermənistan Qarabağ məsələsini birdəfəlik bağladı

“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqda qərarlı olduğunu təsdiqləyib”.
Globalpress.az xəbər verir ki, bunu erməni politoloq Andranik Ovannisyan deyib.
“Ermənistan, ABŞ və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli danışıqların ilk günündə Ermənistan nümayəndə heyətinin rəhbəri Ararat Mirzoyan Nikol Paşinyanın təmsil etdiyi Ermənistan hakimiyyətinin Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımaq və bu məsələni bağlamaq qətiyyətini təsdiqləyib”, – deyə Ovannisyan bildirib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov bildirib ki, Azərbaycan “Ermənistana qarşı ərazi iddialarını dayandıracaq” və İrəvanın regionda iqtisadi, nəqliyyat və logistika layihələrində iştirakına mane olmayacaq.