Gündəm / Siyasət / Dünya
10:06, 27 Nisan 2023
0

Rusiya ilə viza rejimi tətbiq olunacaq

Rusiya  ilə  viza rejimi tətbiq  olunacaq


Moldova parlamentinin üzvü Oazu Nantoy Rusiya ilə viza rejiminin tətbiqini təklif edib.

Globalpress.az xəbər verir ki, o, bu barədə “TVR Moldova” telekanalına bildirib.


Deputat təklifini milli təhlükəsizliyin təmin edilməsi ilə əsaslandırıb.

Nantoy onu da bildirib ki, Rusiyada Moldova vətəndaşlarının sayı 7 il ərzində 4 dəfə azalıb.

Siyasətçi əlavə edib ki, ölkə ərazisində qalan vətəndaşların seçim etmək imkanı var.
Digər xəbərlər: