Gündəm / Siyasət / Dünya
07:47, 26 Nisan 2023
0

Medvedev İlon Maskın prezident olmasını istəyir

Medvedev İlon Maskın prezident olmasını istəyir


Globalpress.az xəbər verir ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev “Bilik” marafonundakı çıxışı zamanı amerikalı milyarder və sahibkar İlon Maskın böyük nüfuza malik olan şəxs olaraq 2024-cü ildə ABŞ-da keçiriləcəj prezident seçkilərində qələbə çala biləcəyini deyib.

Medvedev söyləyib: “İndi bir çoxları İlon Maskın Birləşmiş Ştatların yeni siması ola biləcəyini deyirlər. Prezident seçkilərində Donald Tramdan, yaxud da indiki prezident Co Baydendən daha yüksək nüfuza malik olan adam - əfsanəvi İlon Mask qələbə çala bilər. Maskın seçkilərdəki qələbəsi hadisələrin maraqlı məcraya düşməsi demək olardı. Əslində, Birləşmiş Ştatların prezidentinin kim olacağı Rusiya üçün artıq mühüm deyil”.
Mənbə" TASS"
Digər xəbərlər: