Gündəm / İqtisadiyyat / Dünya
07:30, 26 Nisan 2023
0

Avropa İttifaqı və Azərbaycan razılığa gəldilər

Avropa  İttifaqı və Azərbaycan  razılığa  gəldilər



Avropa ölkələri və Azərbaycan qaz tədarükünü artırmaq barədə razılığa gəliblər.

Globalpress.az xəbər verir ki, bu, məşhur “The Washington Post” qəzetinin Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ilə bağlı məqaləsində yer alıb.


Qeyd edilir ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sisteminin operatorları Azərbaycandan təbii qaz nəqlini artırmaq barədə razılığa gəliblər.

“Moskvanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Avropanın enerji mənbələrini Rusiya qazından uzaqlaşdırmağa çalışır. (Ötən il-red) İyul ayında Aİ 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün Azərbaycanla anlaşma memorandumu imzalayıb”, - “The Washington Post” qeyd edib
Digər xəbərlər: